“Paşinyan ikiüzlü və xəyanətkardır” - Rusiyalı politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan ikiüzlü və xəyanətkardır” - Rusiyalı politoloq

Siyasət

09 Oktyabr 2022 16:49 2181


“Ermənistanın baş naziri Nikol Paşinyan ikiüzlü və xəyanətkardır”

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin deyib.

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və Praqa görüşündən danışan rusiyalı politoloq Qərbin səmimiyyətinə inanmadığını söyləyib. Bildirib ki, Qərbin sülh üçün irəli sürdüyü təkliflər adekvat deyil. Pepperoni pizza

Onun sözlərinə görə, Brüssel görüşlərindən sonra Paşinyan təxribatları daha da artırıb.

Anton Bredixin hesab edir ki, danışıqlara Avropa İttifaqının vasitəçilik etməsi Ermənistanın Azərbaycana qarşı təxribatlarının qarşısını ala bilməz.

Sülh müqaviləsinə gəlincə, rusiyalı ekspert bunun yalnız Türkiyə və Rusiyanın iştirakı ilə mümkün olacağını qeyd edib.

Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Görüşdən sonra verilən bəyanatda Ermənistanın rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı öz əksini tapıb.

Görüşlərdə Rusiya iştirak etməsə də, Praqadan sonra Prezident İlham Əliyev və Paşinyan Sankt-Peterburqa yola düşüblər. Onlar MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşündə iştirak ediblər./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!