Paşinyan iqtidardan gedərsə, varisi kim olacaq? –   “Sürpriz bir şəxs...”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan iqtidardan gedərsə, varisi kim olacaq? – “Sürpriz bir şəxs...”

Siyasət

19 Sentyabr 2022 17:03 2964


Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın son bəyanatlarından biri böyük səs-küyə səbəb olub. O deyib: “Ermənistanın təhlükəsizliyi məsələsinin qiyməti bizim hökumətin hakimiyyətdən getməsidirsə, o zaman Rusiya birbaşa desin, biz də dərhal iqtidardan gedək”. 

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə görüş zamanı siyasi kartları açmasını bir sıra ekspert Ermənistanın Rusiya boyunduruğundan çıxma cəhditək qiymətləndirib.

Yenisabah.az-a danışan siyasi şərhçi Azər Qasımlı da eyni rəyi bölüşür. Onun fikrincə, bölgədə Rusiyanın təsir alətləri zəiflədilməlidir: Sezar pizza

“Ermənistanda indi elə bir vəziyyətdir və bu, açıq şəkildə görünür. Paşinyan hakimiyyətə gəldi, müharibəni uduzdu. Hazırda İrəvanın Rusiya ilə münasibətləri yaxşı deyil. Lakin müharibəni uduzan bir iqtidar və onun lideri seçkilərdə qalib gəldi. Bu o deməkdir ki, Ermənistan xalqı həm Rusiyadan üz döndəribdir, həm də rusiyapərəst kimisə iqtidarda görmək istəmir. 

Koçaryan-Sarksiyan cütlüyünü Ermənistanda “Qarabağ klanı”nın nümayəndələri kimi qələmə verirlər. Onların demokratik yolla cəmiyyətin dəstəyini alıb hakimiyyətə gəlmə şansı yoxdur. Onlar yalnız saray çevrilişi ilə hakimiyyətə gələ bilər”.

A.Qasımlı əlavə edib:

“Əgər Paşinyan desə ki, geri çəkilirəm və iqtidardan gedirəm, belə olan halda inanmıram ki, Ermənistan cəmiyyəti müxalifətdən kiməsə səs versin. 2 seçim var: birincisi, insanlar, ümumiyyətlə, seçkiyə getməyəcək və rusiyapərəst qüvvələr təşəbbüsü ələ alacaq, habelə seçkiləri saxtalaşdırıb hansısa formada hakimiyyətə qayıdacaqlar; ikincisi, Paşinyan gedir və onun komandasından yeni sima ortaya çıxır. 

Sözün düzü, belə bir şəxsi hazırda görmürəm. Ola bilsin ki, parlamentin sədri Alen Simonyan hansısa bir formada bu obraza yarasın. Sürpriz bir şəxs də ola bilər, amma hazırda bu ad üfüqdə yoxdur. Ona görə də çətin olacaq. Özü də Paşinyanın özü asanlıqla iqtidardan getməz. Simonyanın bəyanatı siyasi manevrdir”.

Rafi MÜSLÜMOV

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!