Paşinyan İrəvana qayıda bilmir

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan İrəvana qayıda bilmir

Siyasət

30 Aprel 2021 22:31 1029


Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan və onun rəhbərlik etdiyi nümayəndə heyəti Kazandan İrəvana qayıda bilmir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Faktı ölkə hökumətinin mətbuat xidməti də təsdiq edib.     Sezar pizza

Məlumata əsasən, Ermənistan heyətinin təyyarəsində texniki nasazlıq yaranıb.

Hazırda problemin həll olunması istiqamətində işlər aparılır. Əgər qısa müddətdə nasazlığı aradan qaldırmaq mümkün olmazsa, Paşinyan və hökumt üzvləri digər təyyarə ilə geri qayıdacaqlar.

Qeyd edək ki, Ermənistan nümayəndə heyəti Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək məqsədilə Kazana səfər edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!