“Paşinyan istəyir ki, Azərbaycanla sülh sazişini ondan sonra gələn adam imzalasın”

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan istəyir ki, Azərbaycanla sülh sazişini ondan sonra gələn adam imzalasın”

Siyasət

17 İyun 2022 14:55 3896


“Paşinyanın məqsədi revanşist qüvvələri sakitləşdirmək, zəiflətmək ölkədəki sülh tərəfdarlarının təsir gücünü artırmaqdır”

Bunu “Yeni Sabah”a açıqlamasında politoloq Aydın Quliyev deyib.

Qeyd edib ki, məsələ heçdə göründüyü qədər sadə deyil: pizza sifarişi

"Guya Paşinyan bu gün Ermənistan cəmiyyətini bütünlüklə sülh sazişinin imzalanmasına hazırlayır və özü də bu sazişi imzalamağa hazırdır. Məsələ bundadır ki, bu gün Paşinyan özündən əvvəlki prezidentlər Robert Köçəryanın və Serj Sarkisyanın prinsip etibarı ilə Qarabağın Azərbaycanın tərkibində qalması ilə bağlı fikirləri qəbul etdiklərini deyir. Məntiqlə və faktlarla da sübut edir ki, Köçəryan və Sarkisyan açıq şəkildə deməsələr də, Qarabağın Azərbaycanın tərkibində qalmaqdan başqa varianta inanmırlar. Ancaq təbii ki, Paşinyanın bunu deməkdə müəyyən məqsədləri var. Başlıca məqsəd Ermənistan cəmiyyətində özünə qarşı revanjist qüvvələrin təzyiqlərini zəriflətmək, digər məqsəd isə Ermənistan cəmiyyətində həqiqətən sülhə meyilli kəsimin miqyasını genişlətməkdir. Çünki cəmiyyətdə Azərbaycanla süıh içində yaşamağa meyilli və istəkli təbəqə nə qədər çox və güclü olsa Paşinyan hakimiyyətinin mövqeyi bir o qədər güclü olar. Paşinyanın sülh sazişini imzalamağa tamamilə hazır olduğunu söyləmək olmaz. Əksinə real olan vəziyyət ondan ibarətdir ki, Paşinyan hazırki şəraitdə sülh sazişi imzalamağın Ermənistanın revanşist və ultra millətçi qüvvələrinin tələbləri baxımından tarixi bir məsuliyət olduğunu yaxşı anlayır.

Paşinyan indiki şəraitdə Azərbaycanla uduşlu sülh sazişinin imzalamağın mümkünsüzlüyünü yaxşı başa düşür və buna görə də mümkün qədər hakimiyyət dönəmini başa vurmaq, Azərbaycanla sülh sazişi ritorikasını davam etdirmək və estafeti tamam başqa bir adama ötürmək haqqında düşünür". 

Ekspert qeyd edib ki, Ermənistanın millətçi revanşist qüvvələri heç bir halda Azərbaycanın nə Qarabağı verəcəyini, nə Ermənistana güzəştə gedəcəiyini, nə də sərhədələrindən bir qarış da olsa torpağı Ermənistana verməyəcəyini bilir. Bunu görə də Ermənistanda sülhə meyilli içtimai kəsimin gücünü artırmaq istəyir ki, onun müdafiəçiləri çox olsun. Digər bir tərəfdən isə revanşist qüvvələrin mövqeyini zəiflətməyə çalışır. Bu istiqamətdə Köçəryanın və Sarkisyanın Qarabağla bağlı siyasətinin əsl mahiyyəti haqqında açıq danışmaq onun üçün ən tutarlı taktikaya çevrilib. Bir sözlə, Paşinyan Ermənistan cəmiyyətinin Azərbaycanla  sülh içində yaşamaq ovqatında olmasında maraqlıdır. Ancaq Azərbaycanla sülh sazişini imzalamağa o qədər də hazır deyil və bu sazişi imzalamaq onun ən yaxın planlarında görünmür. Paşinyanın  məqsədi revanşist qüvvələri sakitləşdirmək, zəiflətmək ölkədəki sülh tərəfdarlarının təsir gücünü artırmaq və Azərbaycanla nəticəsiz sülh ritorikasını davam etdirməkdir”. 

Nəsimi ƏLƏSGƏRLİ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!