Paşinyan kilsə ilə mübarizəni gücləndirir

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan kilsə ilə mübarizəni gücləndirir

Dünya

27 Yanvar 2024 13:56 431


Dünən Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə hakim “Vətəndaş müqaviləsi” fraksiyasının ofisində “dövlət-vətən” mövzusunda növbəti partiya müzakirəsi keçirilib. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, partiya üzvləri emosional çıxışlar edərək dövləti niyə sevdiklərini, dövlətin onlar üçün nə olduğunu, vətən nədir və s. mövzularda fikirlər səsləndiriblər. 

Qəzetin iddiasına görə. Nikol Paşinyan bir müddət əvvəl bu məsələni komandanın gündəliyinə gətirərək, partiya üzvlərinə tapşırıq verib ki, 90-cı illərdə qəbul olunan İstiqlal Bəyannaməsindən imtina etmək lazımdır, çünki bu, “Vətəndaş müqaviləsi”nin dövlətə sahib olmaq baxışına mane olur.  Dominos pizza

Erməni nəşri yazır ki, ötən gün keçirilən iclasda daha bir mövzu da müzakirə olunub. Belə ki, hakim partiyanın üzvü Armen Xocoyan Erməni Apostol Kilsəsinin əleyhinə çıxış edərək qeyd edib ki, kilsə erməni tarixinin bəzi mərhələlərində dövlət funksiyasını öz üzərinə götürsə də, bu gün kilsənin rolu aşağı salınmalıdır və bunun əvəzində dövlət qurumlarına hörmət artırılmalıdır. 

Xatırladaq ki, fevralın 10-dan hakimiyyətə yaxınlığı ilə seçilən “Vardanank” hərəkatı Erməni Apostol Kilsəsinə qarşı yeni kampaniyaya başlayıb. Belə ki, hərəkat üzvləri Müqəddəs Eçmiədzin Ana Taxtınının həyətində gecə-gündüz oturaq aksiya keçirəcəklərin bildiriblər.

Erməni analitiklərin fikrincə isə Baş nazir Paşinyanın məqsədi kilsənin rolunu mümkün qədər minimala salaraq “Yeni Ermənistan” və “Yeni Kilsə” modelini yaratmaqdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!