Paşinyan Koçaryanı qabaqladı   - SORĞU

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Koçaryanı qabaqladı - SORĞU

Siyasət

29 May 2021 17:45 1482


Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku parlament seçkiləri ərəfəsində keçirilən rəy sorğusunda liderlik edir.

Yenisabah.az xəbər verir ki, bu barədə “MPG” sorğu mərkəzinin hesabatında qeyd olunub.

Paşinyanın blokunu respondentlərin 22,9, sabiq prezident Robert Koçaryanın "Ermənistan" blokunu isə 17,5% -i dəstəkləyib. “Çiçəklənən Ermənistan” partiyasına rəyi soruşulanların 3,8 %-i səs verməyə hazır olduqlarını bildirib. Marqarita pizza

Paytaxt İrəvan və bir sıra əyalət şəhərlərində “Ermənistan” blokunu, kəndlərdə isə əksəriyyət "Mənim adımım" blokunu dəstəkləyir.

Xatırladaq ki, Ermənistanda erkən parlamet seçkiləri iyunun 20-də keçiriləcək. Ekspertlərə görə, Paşinyanın seçkilərdə əsas rəqiblərindən biri “Daşnaksutyun” və “Dirçələn Ermənistan” partiyalar blokuna rəhbərlik edən Robert Koçaryan olacaq./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!