Ermənistanın Baş naziri Nikol Paşinyan uzun müddətdir ki, Ermənistan Konstitusiyanın dəyişdirilməsindən, daha doğrusu, Ermənistanın Müstəqillik Bəyannaməsindən imtina edilməsinin zəruriliyindən partiyadaxili qapalı iclaslarda çərçivəsində danışır.
Yenisabah.az “Past”a istinadla xəbər verir ki, Paşinyan Ermənistanın mövcud Konstitusiyasının Azərbaycan və Türkiyə ilə sülhün yaradılmasına mane olduğunu bildirib.
Konstitusiyanın preambulasında Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinə istinad edilir. Preambulada Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli birgə qərarına istinad edilir. Həmin qərar isə Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqındadır. Dominos pizza
Bəyannamədə bildirilir ki, Ermənistan Respublikası Osmanlı Türkiyəsi və “Qərbi Ermənistan”da 1915-ci ildə “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir.
Baş nazir yeni Konstitusiya islahatları ilə bağlı mətbuata heç bir məlumatın sızdırılmaması haqqında partiyadaşlarına əmr verib.
Partiyadakı mənbənin sözlərin əgörə, hakim “Vətəndaş müqaviləsi”nin bəzi üzvləri, o cümlədən Vladimir Vardanyan Paşinyanın Bəyannamədə qarşıya qoyulan məqsədləri dəyişmək niyyətinə etiraz etməyə cürət edib.
Telegram kanalımız