Paşinyan KTMT-nin 4 liderini təhqir etdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan KTMT-nin 4 liderini təhqir etdi

Siyasət

24 Noyabr 2022 08:20 2461


Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin sammitində iştirak etmək üçün İrəvana gələn üzv ölkə liderlərinə qarşı qeyri-etik davranışa yol verib.

“Yeni Sabah” Axar.az-a istinadən bildirir ki, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarus liderləri Qasım-Jomart Tokayev, Sadır Japarov, İmaməli Rəhman və Aleksandr Lukaşenkonu hava limanında XİN-in rəhbəri də deyil, müavini qarşılayıb.

İrəvana ən sonuncu gələn (bir neçə dəqiqə öncə gəlib - red.) Rusiya lideri Vladimir Putini isə hava limanında, təyyarənin önündəcə Baş nazir Nikol Paşinyan qarşılayıb. N.Paşinyan eyni zamanda Vladimir Putinlə bərabər, Rusiya liderinin limuzininə oturub.  Dördpendirli pizza

Qeyd edək ki, Ermənistanda qəbul edilən protokola əsasən, liderləri XİN rəhbərinin müavini qarşılayır. 2019-cu ildə Putin İrəvana səfər edərkən də onu Ermənistan XİN başçısının müavini qarşılamışdı.

Paşinyanın KTMT iclasına qatılan liderlərin heç birini yox, məhz Putini şəxsən qarşılaması Rusiya liderinə yarınmaqdan daha çox, digər liderlərə hörmətsizlikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!