Paşinyan MDB dövlət başçılarının qeyri-formal sammitinə qatılacaq

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan MDB dövlət başçılarının qeyri-formal sammitinə qatılacaq

Siyasət

20 Dekabr 2023 20:13 546


“Rusiya tərəfi hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammiti üçün Sankt-Peterburqa gələcək”. 

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Düşünürük ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidentinin dəvətindən istifadə edərək dekabrın 25-26-da Sankt-Peterburqa gələcək və burada Ali Avrasiya İqtisadi Şurasının iclasında, həmçinin MDB iştirakçılarının dövlət başçılarının ənənəvi Yeni il qabağı görüşündə iştirak edəcək. Orada, əslində, bütün maraq doğuran sualları qaldırmaq mümkündür”, - deyə o bildirib. pizza hut

M.Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı mövqeyinə gəlincə isə bildirib ki, bu mövqe ölkə prezidenti, xarici işlər naziri, prezident administrasiyası, ümumilikdə XİN tərəfindən dəfələrlə açıqlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!