Ermənistanın baş naziri Nikol Paşinyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, görüş zamanı həmsöhbətlər Ermənistan-NATO tərəfdaşlığı və əməkdaşlığı məsələlərini müzakirə ediblər.
Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, sərhədin delimitasiyası və Ermənistanla Azərbaycan arasında sərhədin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən Qarabağa dair fikir mübadiləsi aparıblar. Toyuqlu pizza
Telegram kanalımız