Paşinyan niyə ikinci sırada oturmuşdu? - Mirzoyan Türkiyədəki “qalmaqala” aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan niyə ikinci sırada oturmuşdu? - Mirzoyan Türkiyədəki “qalmaqala” aydınlıq gətirdi

Siyasət

05 İyun 2023 23:04 2941


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə gedən Ermənistan Baş naziri Nikol Paşinyan öz ölkəsində tənqidlərə tuş gəlib. Baş naziri tənqid edənlərin “arqumentlərindən” biri də Paşinyanın Ərdoğanın inauqurasiya mərasimində guya alçaldılaraq, ikinci sırada, İlham Əliyevin arxasında oturdulmasıdır.

Yenisabah.az xəbər verir ki, Ermənistan XİN başçısı Ararat Mirzoyan parlamentin bugünkü komissiya iclasında hakimiyyətin opponentlərinin ittihamlarına cavab verib və deyib ki, Paşinyanın ikinci sıraya oturdulması adi protokol qaydasından irəli gəlib: 

“Bütün Baş nazirlər ikincı sırada oturmuşdu. Onların arasında Ərdoğan üçün heç də az əhəmiyyətli olmayan Macarıstan Baş naziri Viktor Orban da var idi”. Dördpendirli pizza

Mirzoyan deyib ki, bu cür protokol əhəmiyyətli məsələlərə reaksiya vermək doğru deyil./AzPolitika.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!