Paşinyan niyə türkəm deyib? - “O, bununla demək istəyir ki...”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan niyə türkəm deyib? - “O, bununla demək istəyir ki...”

Siyasət

08 İyun 2022 22:58 5111


Ermənistanın Baş naziri Nikol Paşinyanın “türksünüzmü sualı qarşılığında, bəli türkəm” cavabını verməsi siyasi ironiya ilə bağlıdır. Çünki o çox yaxşı dərk edir ki, onun milliyətcə türk olması nəticə etibarı ilə hakimiyyətdən getməsinin katalizatoruna çevrilər.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun fikrincə, Paşinyan Ermənistanın gələcəyi, blokadadadxn çıxması, nicat yolu türk dünyası ilə əlaqələrdən asılıdırsa, türk olmağa hazır olduğunu deyir: “Azərbaycanla münasibətlərin normallaşması, türk olmaq Ermənistanı xilas edəcəksə, baş nazir hazır olduğunu bəyan edib”. Dominos pizza

Millət vəkili hesab edir ki, bu məsələyə bir başqa anlam vermək olmur: “Amma etnik, milli baxımdan Paşinyan türkəm desə, bu, onun üçün sonun başlanğıcı ola bilər. Ona görə də, “türksənmi?” sualına ironik cavab verməklə onun altında məhz bu məqamı da gizlətmiş olub. Haradasa, onun yanaşmasının izahını bu cür tapmaq olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!