Dünən separatçı qurumun təşkilatçılığı ilə Qarabağ ermənilər tərəfindən Xankəndidə geniş etiraz aksiyası keçirilib. Azərbaycanın tərkib hissəsi olmaq istəmədiklərini bildirən ermənilər Qarabağın heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayacağı barəsində “bəyanat” da qəbul ediblər.
Sözügedən mitinqdə tanınmamış “DQR”in “xarici işlər naziri” David Babayan da iştirak edib.
““Artsax”ı müdafiə etmək iqtidarındayıq və “Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıyan istənilən sənədi rədd edəcəyik”, - deyə separatçı qurumun nümayəndəsi bildirib. Toyuqlu pizza
Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğluna suallarımızı ünvanladıq.
N.Cəfəroğlu Yenisabah.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşü qabağı tərəflərə olduqca güclü təzyiq göstərirlər:
“Bütün məsələlər Soçi görüşündə həll ediləcək. Qarşı tərəf üçün geriyə dönüş yolu yoxdur. Əgər onlar müharibədən sonra bir sənədə imza atıblarsa, geri çəkilə bilməzlər”.
Müsahibimizin sözlərinə görə, bu mitinq Paşinyana qarşı etiraz şüarları səsləndirmək üçün keçirilib:
“Paşinyanın çıxışlarından mən şəxsən bu qənaətə gəlirəm ki, o, müəyyən sənədə qol çəkməyə hazırdır. Digər tərəfdən, ermənilər daim etiraz şüarları səsləndirirdilər ki, biz yolların açılmasını istəyirik. Zəngəzur yolu, əslində, onlara bütün imkanları verir. Amma onlar bunu ya dərk etmir, yaxud da anlamaq istəmir”.
Hüquq müdafiəçisi onu da vurğulayıb ki, ermənilər olduqca qorxaqdır:
“Ermənilər bir millət olaraq, daim müharibədən çəkiniblər və çəkinməyə də dəvam edirlər. Biz nə qədər desək belə, sülh tərəfdarıyıq, sülh istəyirik və s. bir faydası olmayacaq. Həm qarşı tərəfdən, həm də bizdən nə qədər insan həlak olub. Onlar bunun fərqindədir və nə edirlərsə, doğrudan da qorxduqları üçün edirlər”.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız