Paşinyan onları vəzifədən azad etdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan onları vəzifədən azad etdi

Siyasət

29 İyun 2023 20:31 1171


Ermənistan Baş naziri Nikol Paşinyanın sərəncamı ilə iki nazir müavini vəzifədən azad edilib.

“Yeni Sabah” erməni KİV-ə istinadla xəbər verir ki, bunlar fövqəladə hallar nazirinin müavinləri - Artyuş Qriqoryan və Ara Nazaryandır.

Fövqəladə Hallar Nazirliyinin Baş katibi Lilit Mirzəxanyan da istefaya göndərilib. pizza hut

Qeyd edək ki, Ermənistan prezidenti Vaaqn Xaçatryanın sərəncamı ilə fövqəladə hallar naziri Armen Pambuxçyan da bu günlərdə istefaya göndərilmişdi.

Ermənistanda hökumətin tərkibində struktur dəyişikliyi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti iyunun 30-dan dayandırılacaq. Daxili İşlər Nazirliyinin tərkibində Fövqəladə Hallar, Polis, Miqrasiya xidməti və vətəndaşlıq idarələri fəaliyyət göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!