“Paşinyan öz siyasi gücünü möhkəmləndirir” 

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan öz siyasi gücünü möhkəmləndirir” 

Siyasət

02 Sentyabr 2022 09:15 830


Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında dördüncü görüş regionda sülhə sadiqliyin müsbət əlamətidir.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb. 2020-ci ildə ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra artıq dördüncü dəfədir ki, belə bir görüş keçirilir. pizza sifarişi

M.Brayza qeyd edib ki, bu yaxınlarda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Azərbaycan Laçın şəhəri üzərində nəzarəti bərpa edib və keçirilən üçtərəfli görüş danışıqlar prosesinə yeni təkan verə bilər.

"Ümid edirəm ki, bu o deməkdir ki, Ermənistanın baş naziri öz siyasi gücünü möhkəmləndirir və Azərbaycanla sülh istəməyənlərə müqavimət göstərə biləcək", - deyə keçmiş səfir bildirib.

Onun sözlərinə görə, belə bir görüşün baş tutmasının özü belə müsbət faktdır.

"Bu o deməkdir ki, iki ölkə liderləri sülh müqaviləsi üzrə danışıqları davam etdirmək, eləcə də Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədi müəyyən etmək əzmindədirlər", - deyə M.Brayza əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!