Paşinyan partiya liderlərini topladı - 44 günlük müharibə müzakirə edildi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan partiya liderlərini topladı - 44 günlük müharibə müzakirə edildi

Siyasət

30 Oktyabr 2021 23:24 1321


Oktyabrın 30-da Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə parlamentə daxil olmayan siyasi qüvvələrlə əməkdaşlıq üzrə məşvərət iclasının növbəti iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Ermənistan Liberal Partiyasının lideri Samvel Babayan, mütərəqqi mərkəzçi "Alyans" partiyasının nümayəndəsi Tiqran Arzakantsyan, “Ədalətli Ermənistan” partiyasının lideri Norayr Norikyan, “Suveren Ermənistan” partiyasının lideri David Sanasaryan, Ermənistan Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan, Xristian Demokrat Partiyasının lideri Levon Şirinyan, “Vahid Vətən” partiyasının sədri Mher Terteryan, Mühafizəkarlar Partiyasının rəhbəri Mikael Ayrapetyan və “Hnçakyan” Sosial Demokrat Partiyasının İdarə Heyətinin rəhbəri Sedrak Açemyan iştirak ediblər. Pepperoni pizza

Paşinyan qeyd edib ki, bu formatda dördüncü görüş keçirilir. “Düşünürəm ki, müzakirə platforması kimi buna böyük əhəmiyyət verdiyimizi deyə bilərik. Hazırda bizim konkret qərarımız var ki, 44 günlük müharibənin bütün hallarını araşdırmaq üçün istintaq komissiyasının işinə bu formatın 3 nümayəndəsi cəlb edilsin”, - deyə Baş nazir əlavə edib. 

O, həmçinin deyib ki, bu komissiyanın işinə yalnız hazırlıq işlərindən sonra başlanacaq.

/Redaktor.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!