Paşinyan partiyadaşlarına yenə yalan vədlər verdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan partiyadaşlarına yenə yalan vədlər verdi

Siyasət

27 May 2023 10:44 724


Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını söyləməsindən sonra Baş nazir hakim “Vətəndaş müqaviləsi” Partiyasının üzvlərini inandırıb ki, bu, Qarabağ ermənilərini soyqırımı demək deyil və Qarabağ buradan öz mükafatını görəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşrinin hakim dairələrdəki mənbələrinin məlumatına görə, müxtəlif formatlarda keçirilən qapalı görüşlərdə Paşinyan sənəd imzalandıqda Qarabağın başına nə gələ biləcəyi variantlarından danışıb. Pepperoni pizza

Qəzet iddia edir ki, o, bir neçə variantı partiyadaşlarına təqdim edib:

“Birincisi, Azərbaycanın tərkibində yüksək muxtariyyət. Bu, o deməkdir ki, “Artsax” Azərbaycana təhlükə yaratmamaq üçün kifayət qədər dövlət səlahiyyətlərinə malik olacaq, amma ordusu olmayacaq. Əgər Azərbaycan “Artsax” xalqının hüquqlarına məhəl qoymasa və təhlükəsizliyi təmin etməsə, artıq ikinci variant var: “Artsax” Rusiyaya qoşulduğunu elan edəcək. Və ən pis halda, məhv olmaq təhlükəsi “Artsax” sakinlərinin başına gəlsə, onların Ermənistana köçürülməsini təmin edəcəklər”. 

Qeyd edək ki, Paşinyanın bu açıqlaması daha çox daxili auditoriyaya hesablanıb. Ermənistanın hökumət başçısı yaxşı bilir ki, Qarabağda hər hansı muxtariyyətdən söhbət gedə bilməz. Rəsmi Bakı bu mövqeyini dəfələrlə bəyan edib. Görünür, Paşinyan partiyadaşlarını ovutmaq üçün ən ucuz yollara əl atmaqdan çəkinmir. 

Çoxdan tanııdğımız erməni xislətidir, dara düşən kimi özünü büruzə verir...

Rafi Müslümov 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!