Ermənistanın baş naziri Nikol Paşinyan son günlər Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan hərbçilərinin "Dağlıq Qarabağda qarşıdurma xəttini pozması” ilə bağlı iki raund danışıqlar aparıb.
Yenisabah.az xəbər verir ki, arasında martın 25-də baş tutan sonuncu söhbəti Paşinyanın mətbuat xidmətinə istinadən "Azadlıq” radiosu yayıb.
Ermənistanın iddia edir ki, martın 24-də Azərbaycan Qarabağda hücuma keçib və təmas xəttini pozub. İrəvanın məlumatına görə, martın 25-də hücuma keçən Azərbaycan qoşunları ilə toqquşmalarda 3 əsgər - etnik erməni həlak olub, 14-ü yaralanıb. pizza
"European Pravda” qeyd edir ki, bu toqquşma "sülhməramlıların”, Rusiya hərbçilərinin regionda sabitliyi təmin etməli olmasına baxmayaraq, baş verib, lakin onlar gərginliyin qarşısını ala bilməyiblər.
Paşinyanın mətbuat xidməti bildirib ki, o, Putinə "bu vəziyyətdə Rusiya sülhməramlılarının hərəkətlərinin araşdırılmasının zəruriliyini” çatdırıb və Rusiya sülhməramlılarının Azərbaycan silahlı qüvvələrinin öz ilkin mövqelərinə çıxarılmasını tələb etmələrinin zəruri olduğunu vurğulayıb.
"İki ölkə liderləri Dağlıq Qarabağdakı böhranın həlli üçün səy göstərməyə razılaşıblar", - Paşinyanın mətbuat xidməti əlavə edib.
"Azadlıq” radiosu xəbər verib ki, Putinin mətbuat katibi Dmitri Peskov Qarabağla bağlı danışıq faktını təsdiqləyib və əlavə edib ki, artıq 24 və 25 martda danışıqların iki raundu olub.
Bu arada Qarabağın separatçı rəhbərliyi Rusiyadan sülhməramlıların sayını artırmağı xahiş edir.
Bundan əvvəl "EuroPravda” Rusiya kontingentinin bir hissəsinin Ermənistandan çıxarılmasının ehtimal olunması, lakin rəsmi təsdiqini tapmaması barədə məlumat yayıb.
Telegram kanalımız