Paşinyan Putindən kömək istəyib -   “Azərbaycan ordusunun Qarabağda...”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Putindən kömək istəyib - “Azərbaycan ordusunun Qarabağda...”

Siyasət

26 Mart 2022 12:32 859


Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Valdimir Putin arasında telefon danışığı olub.

Tərəflər arasında baş tutan danışığın tam detalları isə ictimaiyyətə açıqlanmayıb. 

Yenisabah.az xəbər verir ki, telefon danışığını şərh edən politoloq Asif Nərimanlı Paşinyanın Putindən kömək istədiyini deyib: Toyuqlu pizza

"Erməni baş nazir Putindən Qarabağda mövqeləri və dislokasiya məntəqələrini dəqiqləşdirərkən, irəliləyən Azərbaycan ordusunun əvvəlki mövqelərə qaytarılması üçün kömək istəyib və xahiş edib ki, sülhməramlılar baş verənləri araşdırsın.

Tərəflər bu istiqamətdə səy göstərməklə bağlı razılaşıblar. Nikolun xahişləri isə bəzi məqamların ən yüksək səviyyədə etirafıdır. Bölgədə vəziyyət artıq əvvəlki kimi deyil və sülhməramlılar proseslərə müdaxilə edə bilmir, yaxud etmir. Eyni zamanda, Azərbaycan ordusu mövqelərin dəqiqləşdirilməsi üzrə irəliləyir”.

Politoloqun fikirincə Paşinyanın xahişinin cavabsız qalacaq:

"Paşinyanın zənginin nəyisə dəyişdirəcəyi ehtimalı da azdır - Azərbaycan ordusu suveren ərazilərimizdə hərəkət edir və böyük ehtimalla Rusiyanın aktiv müdaxiləsi olmayacaq. Proseslər Azərbaycan və Rusiya arasında imzalanan son bəyannamədən sonra Qarabağda da vəziyyətin dəyişdiyini deməyə əsas verir.

Baş verənlərin 10 noyabr razılaşmasının 4-cü bəndinin – qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə nəticələnəcəyi gözləntisini artırır. Bakının bu məsələdə israrı artıq praktiki mərhələyə keçib. Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı razılaşmalarda ciddi irəliləyişin olması Rusiya üçün də lazımlıdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!