Ermənistanın Baş naziri Nikol Paşinyan vaxtilə Xankəndidə “Qarabağ Ermənistandır, nöqtə” deməsinin səbəblərini izah edib.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Baş nazir Ermənistan İctimai Televiziyasına müsahibəsində ona qarşı səslənən ən böyük ittihama toxunub.
“Bunu niyə dedim? Mən orada çıxış etdim ki, Ermənistan Respublikası Müstəqillik Bəyannaməsini qəbul edib və bu, orada yazılıb. Bu ,başqa məsələdir. Lakin sonradan məlum oldu ki, 2020-ci ildə hamı bunu unudub və Ermənistanın Müstəqillik Bəyannaməsinə əsaslanan bəyanat bütün əvvəlki hakimiyyətlər tərəfindən tənqid olunur”, – Paşinyan qeyd edib. pizza
Baş nazir belə qənaətə gəlib ki, Ermənistanın yeni nəzəri bazaya ehtiyacı var:
“Çünki bəyannamənin qəbulundan az sonra bu nəzəriyyəyə qarşı iş aparılır. Biz o yerə gəlib çatmışıq ki, bu nəzəriyyənin artıq bizim üçün hüquqi və praktiki siyasi qüvvəsi belə yoxdur. Fikrimcə, bütün problemlər məhz buradadır”.
Telegram kanalımız