“Laçın dəhlizində vəziyyət xeyli gərgin olaraq qalır”.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu iyunun 9-da Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Bu görüş MDB və Avrasiya İqtisadi İttifaqı ölkələrinin hökumət başçılarının Soçidə keçirilən sammiti əsnasında baş tutub. Ermənistan Milli Məclisi mətbuat xidmətinin məlumatına görə Paşinyan söhbətin əvvəlində deyib ki, tərəflər həm də Qarabağda Rusiya sülhməramlılarının məsuliyyəti zonasındakı vəziyyəti müzakirə edəcəklər. pizza sifarişi
Paşinyan Putinlə görüşünün əvvəlində deyib:
“Təəssüf ki, orada gərgin humanitar situasiya qalmaqdadır. Dağlıq Qarabağda artıq bir neçə aydır ki, qaz və elektrik enerjisi yoxdur. Laçın dəhlizindəki vəziyyət isə xeyli gərgin olaraq qalır. Yeri gəlmişkən vurğulamaq istərdim ki, Dağlıq Qarabağa ərzaq gətirilməsi Rusiya sülhməramlılarının köməyi ilə həyata keçirilir və bu ərzağın kəmiyyəti məhduddur. Ümumiyyətlə Dağlıq Qarabağda humanitar böhran davam edir və bu da çox mühüm məsələdir. Əminəm ki, bu gün bunu müzakirə edəcəyik”.
Kremlin saytında dərc edilmiş rəsmi məlumatda Putinin Paşinyanın bu sözlərinə yalnız “əlbəttə” cavabı verməsi qeyd olunub.
Azatutyunun yazdığına görə Putin bugünkü tədbirin əsnasında Paşinyanla görüşmək imkanından məmnun olduğunu bildirib.
Azatutyun yazır ki, Putin və Paşinyan nümayəndə heyətləri başçılarının toplantısından sonra ikilikdə söhbət ediblər.
Bu söhbətin təfərrüatları barədə hələ ki, məlumat verilməyib.
Telegram kanalımız