Paşinyan Qarabağı Makron və Mişelin iştirakı ilə verdi   - Erməni deputat

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Qarabağı Makron və Mişelin iştirakı ilə verdi - Erməni deputat

Siyasət

06 Dekabr 2022 14:25 1453


“Nikol Paşinyan Praqada Makron və Mişelin iştirakı ilə Qarabağı Azərbaycana təslim etdi. Bu Astanada deyildi və Paşinyan susaraq buna razılıq verdi. Bu barədə Moskvada Lavrov da danışır. Nəhayət, Putin də "Valday"da çıxışında bunu dedi". 

Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, bunu "Hayastan" fraksiyasının deputatı Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

O qeyd edib ki, Praqada Paşinyan rəsmən Qarabağı Azərbaycana təslim etdi və anti-Rusiya koalisiyasına qoşuldu, amma paralel olaraq Moskvaya da “hə” deyir. Pepperoni pizza

"Aydındır ki, Əliyev Moskvanın Qarabağın statusu məsələsini gələcəyə buraxmaq təklifi ilə razılaşmayacaq. Çünki o, artıq Qarabağı Nikol Paşinyandan alıb? Ona görə də azərbaycanlı “ekoloqlar” Qarabağla Ermənistanı birləşdirən yeganə yolu bağlayır, hansısa keçid məntəqəsinin yerləşdirilməsindən danışılır, bir daha erməni toponimlərindən istifadə etməmək tələb olunur”, - deyə Tevanyan vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!