Paşinyan Qarabağı unudub: “Bu, yeni trenddir...”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Qarabağı unudub: “Bu, yeni trenddir...”

Siyasət

15 Oktyabr 2022 10:15 2078


“Fikir versəniz, görərsiniz ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Astanadakı çıxışında Qarabağ mövzusuna demək olar ki, yer ayrılmayıb. Yəni o, Qarabağ haqqında demək olar ki, fikir bildirməyib. Paşinyan, ancaq onların Ermənistan ərazisi hesab etdiyi şərti sərhəddən danışıb və Azərbaycanı məhz bu istiqamətdə tənqid edib”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov deyib.

Ekspert Ermənistanın Baş naziri Nikol Paşinyanın Astanada keçirilən MDB Dövlət Başçıları Şurasındakı çıxışına münasibət bildirib. Toyuqlu pizza

Xatırladaq ki, Ermənistanın Baş naziri məlum çıxışda Azərbaycan destruktiv mövqedə ittiham edərək, guya Ermənistan ərazilərini ələ keçirməkdə günahlandırıb.

Məsələ ilə bağlı F. Məmmədov deyib ki, N. Paşinyanın çıxışının böyük bir hissəsi üzv olduğu KTMT-yə ünvanlanmışdı:

“O tənqidlər edirdi ki, Ermənistan ərazisinin onların təbirincə desək, Azərbaycan tərəfindən nəzarətə götürülməsinə KTMT tərəfindən lazımi reaksiya gəlməyib.

Biz bunu xüsusi qeyd etməliyik ki, Qarabağ mövzusunu orada qaldırılmayıb və həm Azərbaycan Prezidenti, həm də Ermənistanın Baş naziri tərəfindən, yalnız dövlətlərarası münasibətlərdən daha çox danışılıbdır. Düşünürəm ki, bu, yeni bir trenddir və trendi qoruyub saxlamaq lazımdır”.

“Paşinyanın Azərbaycanı sərhədi pozmaqda ittiham etməsinin səbəbi isə budur ki, onlar bu məsələni artıq özləri üçün bir nömrəli məsələ hesab edirlər. Ermənistan üçün sərhədlərinin təhlükəsizliyi Qarabağ ermənilərinin taleyindən daha vacib bir məsələdir. Düşünürəm ki, bu da bizim üçün müsbət bir məsələdir ki, artıq diskussiya Azərbaycan ərazisindən Ermənistan ərazisinə keçib”, – deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!