Dünən Ermənistan tərəfi Azərbaycanla sərhəddə yenidən təxribata əl atıb. Bu təxribatlar yenidən geniş miqyas ala bilərmi?
Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a danışan politoloq Zərdüşt Əlizadə ermənilərin yenidən təxribatlara cəhd etməsini istisna etməyib.
Politoloq bildirib ki, bu məsələ xeyli dərədə Ermənistandakı daxili-siyasi vəziyyətdən asılıdır: pizza
"Düşünürəm ki, Paşinyan Azərbaycanla razılığa meyillidir. Amma onu bu addımı atmaqdan çəkindirən qüvvə 25% səs qazanmış siyasi müxalifətdir. Onların cəmiyyətdə kifayət qədər möhkəm mövqeləri var. Paşinyan onlardan çəkinir deyə qəti barışığa gedə bilmir. Ona görə də belə xoşagəlməz vəziyyət yaranır. Bəli, Qərb ermənilərə hansısa bir ümid verir. Lakin Qərbin əsas məqsədi Ermənistanı Rusiyadan qoparmaqdır. Onlar bunun üçün xüsusi məqamları gözləyirlər. Baxırlar ki, erməni cəmiyyəti xəstədir, Qarabağ mərəzinə tutulub. Belə olan halda Qərb də səfeh fikirlərlə onları ümidləndirməyə çalışır. Bir növ Azərbaycanın hesabına özlərinə xal qazanmaq üçün ermənilərin müdafiəsinə çalışırlar. Bu siyasi xəttin ermənilər üçün hansısa müsbət təsiri olmayacaq".
Telegram kanalımız