“Paşinyan rejimi səhər Qərbə, günorta Rusiyaya, gecə Türkiyəyə tabedir” 

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan rejimi səhər Qərbə, günorta Rusiyaya, gecə Türkiyəyə tabedir” 

Siyasət

08 Avqust 2022 09:11 1746


“Əslində, Ermənistanda suveren dövlət yoxdur”.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri “Respubllikaçılar” Partiyasının sözçüsü, Ermənistan Milli Məclisinin sabiq deputatı Eduard Şarmazanov “Facebook” səhifəsində yazıb. O, əlavə edib:

“Ermənistanda nələr baş verir, artıq hər şey göz qabağındadır. Üçüncü Ermənistan Respublikası faktiki olaraq mövcudluğunu dayandırıb. Üçüncü Cümhuriyyətin süqutu prosesi 2018-ci ilin aprel-may aylarında başladı. Sonun başlanğıcı isə 2020-ci ilin noyabrında başladı və 2021-ci ilin iyun seçkilərində bitdi. Dördpendirli pizza

Əslində, Ermənistanda suveren dövlət yoxdur. Formal olaraq kağız üzərində mövcuddur, reallıqda isə yox.

Eləcə də Paşinyan “hökuməti” mənə 1940-1945-ci illərdə Fransanın cənubundakı Vişi rejimin xatırladır.

Vişi rejimi ilə Paşinyan rejimi arasında isə yalnız bir fərq var: Vişi rejimi müstəsna olaraq nasist Almaniyasına, Nikolun rejimi isə hamıya – səhərlər Qərbə, günortalar Rusiyaya, gecələr Türkiyəyə tabedir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!