“Sülhün əldə olunması 4 qonşu ilə nizamlı münasibətdə olmaq deməkdir”.
Yenisabah.az “Sputbik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri bildirib.
Nikol Paşinyan deyib: “Gürcüstan və İranla münasibətləri normallaşdırmaq yox, dərinləşdirmək problemimiz var. Ona görə də sülh danışıqları Azərbaycan və Türkiyə ilə tənzimlənən münasibətlər kontektsində getməlidir. Bu nə dərəcədə realdır, tərəflər arasındakı danışıqlar nə dərəcədə sülhə yönələcək? Bunu zaman göstərəcək. pizza hut
Əgər siyasi-diplomatik səviyyədə kompromislər əldə olunarsa, onlar Ermənistan vətəndaşları üçün nə dərəcədə məqbul olacaq və vətəndaşlar bu kompromislərin, bəzən isə ağrılı həllərin praktiki həyata keçirilməsinə nə dərəcədə imkan verəcək? Bu, bizim məsuliyyətimizdir. Öz düşüncələrimizin və hərəkətlərimizin prosesini Ermənistan vətəndaşları üçün başa düşülən etməliyik və onlar bunu başa düşəndə fikirlərimizi də qəbul edəcəklər”.
Onun sözlərinə görə, Ermənistanın 29 800 kv.km ərazisi beynəlxalq münasibətlərdə aydın şəkildə tanınsa və Ermənistan dövləti heç bir başqa ölkədən ərazi iddiasının olmadığını bəyan etsə, sülh mümkündür.
Telegram kanalımız