Paşinyan sülhə Rusiyasız razılaşacaq   - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan sülhə Rusiyasız razılaşacaq - İDDİA

Siyasət

27 Oktyabr 2022 22:19 1052


Cənubi Qafqazda öz təsir gücünü itirməyə başlayan Rusiya bir vaxtlar qahmar çıxdığı ermənilərin də xəyanəti ilə üzləşib.

Vəziyyət artıq o yerə çatıb ki, Putinin həftələr öncə Qarabağ məsələsi ilə bağlı üçtərəfli görüş təklifini Ermənistan tərəfi ötən gün cavablandıraraq razılığını bildirib.

Ekspertlər hesab edirlər ki, Nikol Paşinyanı "hə" deməyə Ruben Vardanyan məcbur edib. Çünki bir müddətdir, erməni mediası baş nazirin Rusiyanın vasitəçiliyi ilə bağlı təklifinə müsbət yanaşmadığını yazırdı. Dördpendirli pizza

Qeyd edək ki, Azərbaycan tərəfi də hələ görüşlə bağlı yekun qərarını söyləməyib. Lakin ehtimal olunur ki, oktyabrın 31-də tərəflər arasında görüş baş tutacaq.

Xatırladaq ki, Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında Azərbaycanla sülhün imzalanması ehtimalının yüksək olduğunu bildirib.

Ekspertlərin fikrincə, Qərbin maşası olan ermənilər Rusiyanın vasitəçiliyi ilə gələcək sülhə imkan verməyəcəklər.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!