"Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasının vacibliyindən danışır. Bunun Ermənistan üçün vacib olduğunu, düşmənçiliyin davam etməsinin ölkəsinin ziyanına olduğunu xüsusi vurğuladı. N. Paşinyanın bu mesajı Ermənistan cəmiyyətində Türk-fobiya ideologiyasına zərbədir. Buna baxmayaraq N. Paşinyan sürüşkən siyasətçidir və istənilən vaxt mövqeyini dəyişə bilər. Məhz onun Zəngəzur dəhlizinin verilməyəcəyini qeyd etməsi, birdaha əlaqələrin bərpasına qarşı olduğununun göstərir. N. Paşinyan dəhlizin Ermənistanin suverenlik məsələsi adlandırır".
Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, dövlət başçısı İlham Əliyev haqlı olaraq "Laçın" dəhlizinə paralel "Zəngəzur" dəhlizinin açılmasını gündəmdə saxlayır və tələb edir. Çünki, "Zəngəzur" dəhlizinin açılması bu yolun təhlükəsiz olaraq Türkiyə ilə əlaqələrin daha da inkişafına töhfə verəcək. Amma, Ermənistan buna getməyəcəyini qeyd edir". Pepperoni pizza
"Azərbaycan üçün Ermənistanla kommunikasiyaların açılması və bu ölkə ilə iqtisadi əlaqələrin qurulması vacib deyil. Azərbaycan üçün əsas məsələ "Zəngəzur" dəhlizinin açılmasıdır. Əgər, Ermənistan dəhliz verməyəcəksə, bu ölkə ilə adi qaydada yolların açılması Azərbaycanın maraqlarına cavab vermir. Onsuzda Azərbaycan Naxçıvana İran ərazisindən keçməklə əlaqəni bərpa edir. Növbəti mərhələdə Zəngilandan İran tərəfə körpü salıb, İran ərazisindən 40 km.məsafə ilə Naxçıvanla daha yaxın olaraq əlaqə bərpa edilə bilər. Ermənistan blokadadan çıxmaq istəyirsə, "Zəngəzur" dəhlizinin açılmasına getməlidir. Həmdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıma məcburiyyətindədir. Əgər, tanımasa Azərbaycanda qarşı tərəfin sərhədilərini tanımayacaq Zəngəzur dəhlizini güc yolu ilə aça bilər.
SSRİ dönəmində olduğu kimi adi yolların bərpası Ermənistanın maraqlarına xidmət edir. Ona görə də dəhliz əldə edilməycəksə, Ermənistanla əməkdaşlıq əleyhimizə olar", - deyə M.Əsədullazadə qeyd edib.
Telegram kanalımız