Ermənistanın Baş nazir Nikol Paşinyan Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə mümkün üçtərəfli görüşdə iştirakını təsdiqləyib.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Baş nazir Nikol Paşinyan Ermənistan Milli Məclisindəki hökumətin sual-cavab sessiyasında hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sarqis Xandanyanın sualını cavablandırarkən mediada yayılan məlumatları təsdiqləyib.
Deputat bildirib ki, ötən gün Baş nazir Nikol Paşinyan, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında oktyabrın 31-də Soçidə görüşün planlaşdırıldığı barədə məlumat yayılıb. Xandanyan görüşün təsdiq olunub-olunmaması və təsdiqlənibsə, həmin görüşdən gözləntilərin nə olduğunu soruşub. Pepperoni pizza
“Bəli, oktyabrın 31-də Soçidə üçtərəfli görüş keçirmək üçün Rusiya Federasiyasının prezidentindən dəvət var. Mən öz iştirakını təsdiqlədim. Azərbaycan tərəfinin iştirakını təsdiq edib-etməməsi barədə məlumatım yoxdur”, – deyə Baş nazir cavab verib.
Görüşdən gözləntilərə gəlincə, baş nazir bildirib ki, sonuncu dəfə ötən ilin noyabrında bu formatda görüşü olub və çoxlu suallar yığılıb.
“Düşünürəm ki, ən mühüm gözləntilər bu dövrdə baş verən hadisələrin qiymətləndirilməsi və şərhi ilə bağlıdır. Üstəlik, mən daha da geriyə gedib 10noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata çata bilərəm. Fikrimcə, yığılıb qalmış çoxlu məsələlər var ki, onlarla bağlı müəyyən fikir mübadiləsi və dəqiqləşdirmələr aparılmalı və bir sıra suallar qaldırılmalıdır”.
“Siz Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsi vəzifəsindən başlayaraq o məsələlərin gündəliyini bilirsiniz. Bilirsiniz ki, üçtərəfli işçi qrupunda əldə olunan razılaşmalara baxmayaraq, Azərbaycan tərəfi bəzi dəhlizlərlə bağlı bəyanatlar verir və Rusiya prezidentinin və xarici işlər nazirinin bəyanatlarına baxmayaraq, Rusiyada bu rəvayəti inkişaf etdirməyə çalışan adamlar var”, - Paşinyan deyib.
Telegram kanalımız