Ermənistan Baş naziri Nikol Paşinyan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin regionda qarşılıqlı anlaşma və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.
Görüşdə Cənubi Qafqaz regionunda baş verən proseslərə, Qarabağdakı vəziyyətə, sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş addımlara toxunulub. Toyuqlu pizza
Həmçinin, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesi müzakirə olunub.
Telegram kanalımız