Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.
"Söhbət zamanı Tokayev ikitərəfli münasibətlərin mütərəqqi inkişaf etdiyini, möhkəmlənməsinə iki dövlətin hökumətləri və parlamentləri səviyyəsində fəal siyasi dialoq və qarşılıqlı fəaliyyətin kömək etdiyini qeyd edib. Mədəni və humanitar əməkdaşlığın dinamik inkişaf etdiyi vurğulanıb. O, Aktau - Yerevan - Aktau marşrutu üzrə uçuşların başlanmasını müsbət qiymətləndirib. Qeyd olunub ki, bunun sayəsində işgüzar əlaqələr və turist səfərləri xeyli intensivləşib. Həmsöhbətlər nəqliyyat, logistika və ticarət kimi sahələrdə əlaqələrin artırılması üçün perspektivli istiqamətləri müzakirə ediblər", - məlumatda deyilir. Dominos pizza
Telegram kanalımız