“Paşinyan Türkiyə-Azərbaycan tandemi ilə birlikdə Qarabağ məsələsini dəfn etdi” - Manukyan

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan Türkiyə-Azərbaycan tandemi ilə birlikdə Qarabağ məsələsini dəfn etdi” - Manukyan

Siyasət

11 Oktyabr 2022 21:23 943


“Paşinyan Türkiyə-Azərbaycan tandemi ilə birlikdə Qarabağ məsələsini dəfn etdi”.

Yenisabah.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində  “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan deyib.

Xəbər verdiyimiz kimi, dünən Rusiya teleqram kanallarından biri sentyabrın 27-də İlham Əliyevin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda danışıqlar apardığına dair sənəd dərc edib. pizza hut

Həmin mənbənin məlumatına görə, bu sənəd Praqada Əliyev, Ərdoğan və Paşinyan arasında əsas söhbət mövzusuna çevrilib.

Qeqam Manukyan bu sənədə toxunaraq qeyd edib ki, “hakimiyyət dərc olunan sənədin həqiqiliyi və ya etibarsızlığı barədə heç nə deməyib və ehtimal olunur ki, sənədin əsli açıqlanıb”.

Hakimiyyətdən olan deputatların Ermənistanın Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edə bilməyəcəyi, həmçinin Zəngəzurda azərbaycanlıların dayaqları olan hissələrinin Ermənistana məxsus olmadığı barədə bəyanatlarına Manukyan belə cavab verib:

“Bu, bir şeyə dəlalət edir, bizim dəfələrlə xəbərdar etdiyimiz şey gerçəkləşir. Dedik ki, o zamankı hakimiyyət Qarabağ sakinlərinin öz müqəddəratını təyinetmə hüquqlarını qorumaqdan əl çəkib. Bu gün isə Türkiyə-Azərbaycan tandemi ilə Nikol Paşinyan bütün Qarabağ məsələsini dəfn edir”./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!