Paşinyan: “Yaxın gələcəkdə dəmir yolunun bərpası gözlənilir”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: “Yaxın gələcəkdə dəmir yolunun bərpası gözlənilir”

Siyasət

24 Noyabr 2022 13:15 735


Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Rusiya Prezidenti Vladimir Putindən Azərbaycanla dəmir yolunun bərpası məsələsinə dair müsbət siqnal aldığını bildirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.  "Rusiya Prezidenti ilə danışıqlar zamanı biz müəyyən siqnallar və ya mesajlar aldıq. Bu, o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işlərimiz olacaq. Əgər dünən öyrəndiyimiz və razılaşdığımız hər şey öz məntiqindən kənara çıxmasa, o zaman yaxın gələcəkdə dəmir yolunun bərpası gözlənilir”,- deyə Paşinyan bildirib.  

Qeyd edək ki, ötən gün İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!