Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə keçiriləcək üçtərəfli görüşdə Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 20 ilə qədər uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu bəyan edib.
Yenisabah.az “TASS”a istinadla xəbər verir ki, Baş nazir bu barədə şənbə günü hakim “Vətəndaş müqaviləsi” Partiyasının qurultayında çıxış edərkən deyib.
"Biz Rusiya sülhməramlılarının öz missiyasını davam etdirməsini istəyirik. Mən Soçidə sülhməramlıların mandatının 10, 15 və ya 20 il uzadılması ilə bağlı sənəd imzalamağa hazıram. Rusiya prezidentinin belə bir təşəbbüslə çıxış etməsini təklif edirəm. Mən bu təklifi verə bilərəm, amma Rusiya tərəfi onu dəstəkləməlidir”, - Paşinyan bildirib. Dördpendirli pizza
Telegram kanalımız