"Paşinyan Ermənistan ərazisində at oynadan Qərb casus və kəşfiyyat şəbəkəsindən, həm də paralel olaraq Rusiyadan siyasi dividentlər ummağa çalışır”.
Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
O, Ermənistan Baş nazirinin son açıqlamasını şərh edib. pizza sifarişi
Paşinyanın sözlərinə görə, sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycanla danışıqlar 4-cü raunda qədəm qoyub.
Tural İsmayılovun fikrincə, Ermənistanın Baş naziri regionda sülh və sabitliyi sabotaj etməyə davam edir:
“Bir tərəfdən, Paşinyan Azərbaycanın təklif etdiyi 5 maddəlik sülh sazişini imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü tanısa, Praqa və Soçi görüşlərində bununla bağlı sənədlərə imza atsa da, Qarabağ haqqında sərsəm fikirlər səsləndirməyə davam edir”.
Siyasi şərhçi xatırladıb ki, əslində, regionda müharibənin olmasının da günahkarı Paşinyan idi:
“Onun “Qarabağ Ermənistandır” ifadəsinə “Qarabağ Azərbaycandır!” ifadəsi ilə Azərbaycan layiqli cavab verdi və torpaqlarını işğaldan azad etdi.
İndi isə Paşinyan ikitirəli oyunlar oynamağa çalışır. Baş nazir siyasi münasibətlər sistemində o qədər qeyri-sabitdir ki, həm Avropa İttifaqının missiyası adı altında Ermənistan ərazisində at oynadan Qərb casus və kəşfiyyat şəbəkəsindən, həm də Rusiyadan hansısa siyasi dividentlər ummağa çalışır.
İstənilən halda Paşinyanın son açıqlaması növbəti dəfə Ermənistana heç bir halda güvənmək lazım olmadığını və Ermənistanın təcavüzkar ritorikadan əl çəkməyəcəyini söyləməyimizə əsas verir. Bütün bunlar Azərbaycanla Ermənistan artasında imzalana biləcək sülh müqaviləsini çox ciddi şəkildə dalana dirəyir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız