Paşinyana sərt ittiham: “Ağlınızı başınıza yığın…”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyana sərt ittiham: “Ağlınızı başınıza yığın…”

Siyasət

23 Mart 2022 08:57 2701


Parlamentin vitse-spikeri, Ermənistan fraksiyasının üzvü İşxan Saqatelyan hesab edir ki, hakimiyyət ölkəni uçuruma aparmağa davam edir.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Parlamentin iclasındakı çıxışında Saqatelyan deyib ki, Ermənistan ciddi problemlərlə üz-üzədir: 

“Tarixi, bu günü və keçmişi təhrif etməkdə davam edən, onu “keçmiş və indiki”yə bölərək hakimiyyətdə olan qrup ölkəni uçuruma aparır. Siz deyirsiniz ki, gələcək var, amma bu gələcək güzəştlərdir. Biz deyirik ki, güzəştlə gələcək yoxdur, sülh pərdəsi altında ölkəni yeni güzəştlərə aparmağa çalışırsınız. Siz sülh dövrünü deyil, cəhənnəm, xaos və yeni itkilər dövrünü açırsınız. Siz isə bütün bunları “keçmişlə indiki” arasında mübarizə kimi təqdim etməyə çalışırsınız”. pizza

Erməni müxalifətçi hakimiyyəti ittiham edərək bildirib ki, “keçmiş və indiki” məsələsi yoxdur: 

“Siz “Gələcək var” şüarı ilə hakimiyyətə gəlmisiniz, amma keçmişdə qaldınız. Prosesləri, hadisələri təhrif etməyi dayandırın, məsuliyyət payınızı dərk edin, ölkəni yeni güzəştlərə aparıb hər şeyi köhnə hakimiyyətin üzərinə qoymaq mandatınız yoxdur! 

Əgər əvvəlkilərlə sizin aranızda heç bir fərq yoxdursa, niyə xalqı aldadıb hakimiyyətə gəldiniz? Artsaxı itirməyimiz üçün? Bəsdir, ağlınızı başınıza yığın, seçdiyiniz yol ölkəmizin ölüm yoludur!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!