Paşinyandan daha bir BİABIRÇI addım 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan daha bir BİABIRÇI addım 

Siyasət

19 İyul 2023 07:23 2763


“Bu yaxınlarda ətraf mühit naziri Akop Simidyanla baş nazir Nikol Paşinyan arasında qızğın mübahisə baş verib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, iyulun 10-da ətraf mühit naziri Akop Simidyan Göyçə yarımadasındakı hidrometeoroloji stansiyada quraşdırılmış yeni avtomatlaşdırılmış sistemin açılışında iştirak edib. pizza hut

Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən proqram çərçivəsində quraşdırılan stansiya ətraf mühitə təsirin qiymətləndirilməsindən keçməyib. Məhz bu səbəbdən Nikol Paşinyanla Akop Simidyan arasında böyük hay-küy yaranıb.

Paşinyan onu cihazları müvafiq yoxlamalardan keçmədən quraşdırmaqda, üstəlik, bunun üçün böyük bir tədbir təşkil edərək mühüm qonaqları çağırmaqda günahlandırıb. Yəni əslində Ermənistan tərəfi elə açılışdaca qonaqların gözündə biabır olub.

Nazirliyin sözçüsü Anna Akopyan mübahisə barədə danışmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!