Paşinyandan Ərdoğana gürcü həmkarı vasitəsilə görüş təklifi   - “Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi...”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan Ərdoğana gürcü həmkarı vasitəsilə görüş təklifi - “Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi...”

Siyasət

19 Sentyabr 2021 14:12 2780


“Zəngəzur koridorunun açılması siyasi bir məsələdir”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın koridorun açılmasının əlehyinə olmasına münasibət bildirərkən deyib:

“Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar”, - deyə Ərdoğan söyləyib. Toyuqlu pizza

Türkiyə lideri ümid edib ki, Zəngəzur koridorunun açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!