Paşinyandan Ərdoğanın çağırışına reaksiya: “Hazırıq...”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan Ərdoğanın çağırışına reaksiya: “Hazırıq...”

Siyasət

08 Sentyabr 2021 14:24 2684


“Ermənistan Türkiyə ilə yolların açılmasına və ikitərəfli münasibətlərin normallaşmasına hazırdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Türkiyə prezidenti Ərdoğanın Ermənistanla münasibətləri normallaşdırmaq çağırışını şərh edərkən bildirib.

"Biz bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, Ermənistan-Türkiyə dəmir və avtomobil yollarının yenidən işə salınması barədə danışmaq imkanlarını görürük. Biz də belə danışığa hazırıq. Üstəlik, biz regionumuzun qərblə şərqi, şimalla cənubu birləşdirən yolayrıcına çevrilməsindən danışırıq”. Sezar pizza

Paşinyan qeyd edib ki, Rusiya bu prosesə fəal dəstək verməyə hazır olduğunu bildirib: "Avropa İttifaqı, Fransa və ABŞ da bu prosesdə maraqlıdırlar. Kommunikasiya layihələrinin inkişafında Çin və Hindistanın marağı da məlumdur".

Paşinyanın sözlərinə görə, regionda sülh və sabitlik Ermənistan hökumətinin uzunmüddətli strategiyasıdır: "Biz bu problemin həllinə görə özümüzü məsuliyyətli hesab edirik. Sülh, sabitlik, əməkdaşlıq asanlıqla bəyan edilən və arzu olunan məqsədlərdir, lakin onların həyata keçirilməsi ağıllı, düşünülmüş, praqmatik səylər tələb edir və Ermənistan belə səy göstərməyə hazırdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!