Litvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi və Şuşa haqqında danışıb.
Yenisabah.az xəbər verir ki, Paşinyan müharibədən yayınmaq üçün rayonları geri qaytarmalı olduğunu deyib:
“Son 30 il ərzində Azərbaycan rayonlarının qaytarılması məsələsi, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar gündəmində olub. Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Anlamaq lazımdır ki, müharibəyə yol verməməyin yeganə şərti ərazilərin qaytarılması olub. Odur ki, müharibəyə yol verməmək üçün biz ən azı 5 rayonu qaytarmaı idik. O biri iki rayon məsələsi başqadır. Əslinə qalsa, qeyd-şərtsiz 7 rayonu qaytarmalıydıq”. Toyuqlu pizza
Nikol keçmiş hakimiyyət nümayəndələri tərəfindən olan tənqidlərə də cavab verib:
“Şuşanın Azərbaycanın nəzarətinə keçməsinə görə, əleyhdarları xüsusi ilə keçmiş hakimiyyət nümayəndələri tərəfindən tənqidlərə də cavab verib. Onun sözlərinə görə, Şuşa məsələsi həmişə mövcud olub. Çünki Azərbaycan heç vaxt Qarabağ azərbaycanlılarının qayıdıb, məskunlaşması fikrindən imtina etməyib”.
Bildirib ki, Şuşa ermənilərin nəzarəti altında olarkən, 30 il ərzində heç bir yaşayış binası tikilməyib:
“Bu gün Şuşa haqqında bu qədər danışırlar. Bəs bu 30 ildə Şuşada neçə yaşayış evi tikilib. Heç bir. Bəs niyə? Kimsə heç soruşmur ki, niyə tikilməyib. Nədir bunun səbəbi.? Məntiq nədir, tikilməyib. Pulları olmayıb? Məncə cavabı aydındır”.
Paşinyan görüş iştirakçılarından birinin yəqin saxalaya bilməyəcəklərinə əmin olmayıblar replikasına “bunu siz dediniz, mən demədim” cavabını verib:
“Vaxtı ilə aparılan danışıqlarda referendum variantının da müzakirə olunduğunu və erməni tərəfinin Qarabağdakı Azərbaycanlıların bu referendum da iştirakına razılıq verdiyini deyib. Bəs azərbaycanlı sakinlər harada yerləşdirilməli idi? Əlbətdə əvvəl yaşadıqları yerdə”.
Nəzrin Vahid
Telegram kanalımız