Paşinyandan Zəngəzurla bağlı yeni həmlə: İran kənarda qaldı 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan Zəngəzurla bağlı yeni həmlə: İran kənarda qaldı 

Siyasət

28 Noyabr 2023 14:17 702


Baş nazir Nikol Paşinyan və komandası ictimaiyyətə yolların (Zəngəzur dəhlizinin - red.) açılmasının Ermənistana böyük fayda gətirəcəyini izah etməyə çalışır. Hətta yolların açılması nəticəsində Ermənistanın ümumi daxili məhsulunun qısa müddət ərzində 30 faiz artacağını bildirir. 

Bu barədə Ermənistanın “Past” qəzetinin analitiki Artur Karapetyan yazır.

Ekspert Ermənistan rəhbərinin məsələ ilə əlaqədar təqdim etdiyi “Sülh qovşağı” layihəsinə diqqət çəkib: Sezar pizza

“Paşinyan çıxışlarında bildirir ki, “Sülh qovşağı” təkcə Türkiyə və Azərbaycanla əlaqə yaratmaq üçün yox, həm də Rusiya və İranla dəmir yolu əlaqəsini bərpa etmək üçün yeni üfüqlər açır. “Qovşaq” dedikdə yolların kəsişməsi nəzərdə tutulur, amma Ermənistanın bu ölkələrlə sərhədləri olduğu halda, Gürcüstan və İranla birbaşa əlaqəmizi yaxşılaşdırmaqdan söhbət getmir.

Ermənistanın İran və Gürcüstanla əlaqəsini yaxşılaşdırmalı olan Şimal-Cənub magistral yolu illərdir tikilir, hələ də tamamlanmayıb”.

Karapetyan Paşinyanın İran və Gürcüstanı istisna edərək, Azərbaycan və Türkiyə ilə əlaqələrini bərpa etməyə tələsdiyini vurğulayıb. Bununla belə, ölkələr arasındakı fikir ayrılıqlarının hələlik bu projenin reallaşmasına mane olduğunu söyləyib./Teleqraf.com 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!