“Paşinyanı istefaya göndərmək istəyirdilər” -   Rusiyanın baş tutmayan planı

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyanı istefaya göndərmək istəyirdilər” - Rusiyanın baş tutmayan planı

Siyasət

05 Avqust 2022 08:18 1554


“Bu istefalar Qarabağda baş verən hadisələrlə bağlı deyil. Əksinə, müxalifətin “Qarabağ klanı”nın perspektivsizliyi nəticəsində həyata keçirdiyi mərkəzdənqaçma siyasətidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

O, Ermənistan Milli Məclisinin “Hayastan” fraksiyasından olan 29 deputatın mandatdan imtina etməsini şərh edib: Dominos pizza

“Bütün etirazların və müqavimət şousunun bir hədəfi var idi: Paşinyan hökumətini istefaya göndərmək və revanşist qüvvələrin – “Qarabağ klanı”nın və “müxalifət” adı altında birləşmiş siyasi güclərin hakimiyyətə gəlişi. Bu hədəfə nail olunmadı. Baxmayaraq ki, müəyyən mənada Rusiyanın hakimiyyət əleyhdarlarına siyasi dəstəyi var idi və ona böyük maliyyə xərclədi. 

Belə olduğu təqdirdə, müxalifət daxilində fərqli qüvvələrin parçalanması təbiidir. Onlar anladılar ki, önlərində Koçaryan və Sarkisyan kimi erməni ictimai rəyində bitmiş liderlər olduğundan “Qarabağ klanı”nı yenidən hakimiyyətə gətirmək mümkün deyil. Bu reallıqdır və bu reallığı erməni siyasətçiləri anlamağa başlayıblar. Ona görə də ola bilsin ki, artıq bu istefaların növbəti mərhələsində yeni bir siyasi güc mərkəzinin elan olunmasını müşahidə edə bilərik”.

Ekspert düşünür ki, “Qarabağ klanı”na qarşı inamsızlıq olmasaydı, heç kim mandatından imtina etməzdi:

“Müxalifətin mandatdan imtina etməsi Ermənistanda ciddi bir siyasi böhran yaratmayacaq. Çünki qərarların qəbulu çoxluqda olan,  Paşinyanın rəhbərlik etdiyi fraksiyadan asılıdır. Həm də bu istefalar yeni seçkilərin keçirilməsini tələb etmir. Ona görə də bunu siyasi böhran yaratmaq kimi düşünmək doğru deyil. Eləcə də kvorum problemi doğurmur. 

Odur ki, zənnimcə, bu, yalnız və yalnız “Qarabağ klanı”ndan qaçma prosesidir. Çünki perspektivsiz bir güc mərkəzi kimi görünür”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!