“Paşinyanı Rusiyaya qorxu aparıb” - Asim Mollazadə

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyanı Rusiyaya qorxu aparıb” - Asim Mollazadə

Siyasət

08 Sentyabr 2022 00:20 982


“Paşinyanın Rusiya səfərini mən daha çox qorxu ilə əlaqələndirərdim. Məsələn, Ruben Vardanyan, habelə Karen Karapetyan Rusiyadan Ermənistana qayıdır. Bu o deməkdir ki, Ermənistandakı keçmiş cinayətkarların siyasi perspektivi və uğuruna Rusiyada inam itib. Odur ki, hansısa yeni oyunçular ortaya çıxıb. Nikol Paşinyan da tələsmək istəmir, gözləyir ki, Ukrayna böhranı nə ilə bitəcək. Çünki indi istənilən istiqamətə hərəkət onun üçün risklidir”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Ermənistan baş nazirinin Rusiya səfərini şərh edərkən bildirib.

Mollazadə qeyd edib ki, Paşinyan Rusiyaya özünün etibarlı ola biləcəyini nümayiş etdirir: “Mənə elə gəlir ki, Rusiyada yeganə düşüncə var ki, heç bir halda Ermənistan onların nəzarətindən çıxmamalıdır”. pizza hut

Onun sözlərinə görə, Ermənistan hazırda bütün imkanlardan istifadə edərək Azərbaycanla məsələləri uzatmağa çalışır:

“Onlar indi qərar verməyə hazır deyillər. Bilmirlər ki, dünya hansı tərəfə gedəcək. Bunun üçün də Ukraynadakı müharibənin nəticələrini gözləyirlər”./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!