Ermənistanın dövlət məmurları, xüsusilə də baş nazir, baş nazirin müavini və nazirləri ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına ərizələr göndərilib.
Yenisabah.az "JOğovurd"a istinadla xəbər verir ki, buna səbəb onların illik bəyannamələrində ciddi qanun pozuntularının aşkarlanmasıdır.
Komissiya məmurların bəyannamələrindəki qeyri-dəqiqliklərlə bağlı dəqiqləşdirmələr tələb edib və hazırda qiymətləndirmələrə başlayıb. pizza
Milli Təhlükəsizlik Xidməti ilə birgə iş zamanı aşkarlanan qeyri-dəqiqliklər, gizli hədiyyələr bir sıra yüksək vəzifəli məmurların probleminə çevrilib.
Dəqiqləşdirmələrdən biri baş nazir Nikol Paşinyanın qol saatına aiddir. O, bahalı "AWI" saatı taxır, lakin bunu bəyan etməyib. Baş nazir 1 milyon 580 min dram maaş alır. O, bahalı kostyumlar geyinir, arvadı bahalı zinət əşyaları taxır, lakin Korrupsiyaya Qarşı Mübarizə Komissiyası yalnız "AWI" saatı ilə maraqlanır.
Telegram kanalımız