“Paşinyanın bugünkü bəyanatı müharibə anonsudur”

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyanın bugünkü bəyanatı müharibə anonsudur”

Siyasət

04 Avqust 2022 20:50 4444


“Paşinyan indicə hökumətin iclasında çıxış etdi. Çıxışında Azərbaycanın Üçtərəfli Bəyanatı pozduğunu, sənəddəki 3 bəndin yerinə yetirilməli olduğunu qeyd etdi – Laçın dəhlizi açıq olmalıdır, “Dağlıq Qarabağ”da ərazi vahidi qəbul edilməlidir, “Dağlıq Qarabağ”a sərhəd xətti tanınmalıdır. Paşinyan eyni zamanda qeyd edib ki, Qarabağda Ermənistan silahlı qüvvələri yoxdur, “Dağlıq Qarabağ”ın özünümüdafiə qoşunları var” .

Yenisabah.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Politoloq Zaur Məmmədov Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyan bu absurd çıxışı ondan xəbər verir ki, Nikol 2018-2020-ci illərdə olduğu kimi, yeni müharibənin başlanmasını labüd edir: pizza mizza

“Çünki Ermənistandan 1 avqust tarixinə qədər silahlı birləşmələri çıxarmaq tələb edilmişdi. Yeri gəlmişkən, Nikol çıxışı zamanı dünən və ondan qabaq ordumuzun lazım olan məntəqələri tutduğuna görə rus sülhməramlılarını ittiham edib. O bildirib ki, Ermənistan sülhməramlıların bölgəyə gəlişini hüquqi müstəvidə qəbul edib, ancaq Azərbaycan bilərəkdən onların Qarabağdakı fəaliyyətini leqallaşdırmayıb. Paşinyan deyəsən yenə nələrisə səhv salır. Qarabağ Azərbaycan ərazisi olduğundan sülhməramlıların missiyasının İrəvan tərəfindən qəbul edilməsinin heç bir hüquqi əsası

O ki qaldı onun “Ermənistan Zəngəzur dəhlizini açmağa hazırdır” bəyanatına, bu açıqlama indiki halda ciddi deyil. Dünən Müdafiə Nazirliyimiz bir daha əsas tələbin nədən ibarət olduğunu söylədi”.7Times.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!