Paşinyanın çıxışı zamanı Putinin üz mimikası   - TƏHLİL

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın çıxışı zamanı Putinin üz mimikası - TƏHLİL

Siyasət

27 Noyabr 2022 15:11 2780


Paşinyanın KTMT sammitində təşkilatın fəaliyyətsizliyi və dolayısı olaraq Rusiyanın müttəfiq öhdəliklərini yerinə yetirməməsi haqqında çıxışı zamanı Putinin üz mimikası təhlil edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Elşən Məcidov qeyd edib. O bildirib ki, “Body language” (Bədən dili) analizi ilə Putinin simasında iki ifadəni xüsusi seçmək olar:

1) Ağızın aşağı doğru əyilməsi yüksək səviyyəli sıxıntının, narahatlığın, stressin göstəricisidir Pepperoni pizza

2) Yanakı baxış digər tərəfin danışığından qane olmama, ona inanmamanın göstəricisidir.

Nəticə olaraq Putinin baxışında:

1. Məyusluq (dəfələrlə danışıq, qapalı və açıq izahlara rəğmən, Paşinyan öz bildiyi edir);

2. Narahatlıq (Qərb ilə qarşıdurma şəraitində KTMT-də ən zəif müttəfiqin kameralar qarşısında üzünə durması);

3. Həyəcan (yekun bəyannamənin qəbul edilməyəcəyinin ilkin elementləri);

4. Qəzəb (Nikol Paşinyanın etdiklərindən kəskin əsəbiləşməsi).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!