Paşinyanın deputatlığa namizədi İran vətəndaşı imiş...

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın deputatlığa namizədi İran vətəndaşı imiş...

Siyasət

03 İyun 2021 18:24 876


Ermənistan Vətəndaş Razılaşması Partiyasından deputatlığa namizəd göstərilən Tiqran Davudyanın İran vətəndaşı olduğu aşkarlanıb.

Yenisabah.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu məlumatı Seçkilərə nəzarət üzrə komitə bildirib.

“Seçkilərə nəzarət üzrə komitənin internetdə apardığı monitorinq nəticəsində Vətəndaş Razılaşması Partiyasından deputatlığa namizədliyi irəli sürülən Tiqran Davudyanın İran vətəndaşı olduğu aşkarlanıb. Bu, Ermənistan Konstitusiyasının tələblərinin pozulmasıdır. Konstitusiyaya əsasən, son 4 ildə Ermənistan vətəndaşı olan şəxsin namizədliyi seçkili orqanlara irəli sürülə bilər”, - komitədən bildirilib. pizza mizza

Tiqran Davudyana İran İslam Respublikası vətəndaşlığından çıxmasına dair sənədin surətini təqdim etmək məsləhət görülüb.

Qeyd edək ki, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Vətəndaş Razılaşması Partiyasının qurucusudur.

Xatırladaq ki, iyunun 20-də Ermənistanda parlamentə növbədənkənar seçkilər keçiriləcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!