Ermənistanın Baş naziri Nikol Paşinyanla münasibətləri kəskinləşən sabiq İrəvan meri Ayk Marutyanın yeni partiya yaradacağı gözlənilir.
Yenisabah.az “Past”a istinadla xəbər verir ki, bu gün İrəvan bələdiyyəsində keçirilən ictimai dinləmələrdə eks-mer bu məlumatı təsdiqləyib:
“Hazırda bizim böyük bir tərəfdar komandamız var. Partiya yaratmağımız üçün çağırışlar çoxdan mövcud idi”. Dominos pizza
Xatırladaq ki, 2022-ci ildə İrəvan merliyindən istefa verən A. Marutyan daha sonra Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının sıralarını da tərk edib.
Telegram kanalımız