Paşinyanın Fransa səfəri - Nələr danışıldı?

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın Fransa səfəri - Nələr danışıldı?

Siyasət

02 İyun 2021 10:51 1159


Fransada səfərdə olan Nikol Paşinyan erməni diasporasının təmsilçiləri ilə görüşüb.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, Ermənistan baş naziri səfirliyin binasında Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Ara Toranyan və Qəyyumlar Şurasının üzvü Petros Terzyan ilə ayrıca bir görüş keçirib.

Diaspora nümayəndələri ilə görüşdə Nikol Paşinyan Prezident Emmanuel Makronla danışıqların nəticələri, 44 günlük müharibə, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, ATƏT-in Minsk qrupunuh həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin bərpa edilməsi və s. barədə danışıb. pizza hut

Nikol Paşinyanın Fransa Respublikasına işgüzar səfəri başa çatıb.

Ermənistan hökuməti mətbuat xidmətinin məlumatına görə, rəsmi nümayəndə heyəti Brüsselə gəlib. Burada o, Avropa Şurasının prezidenti Çarlz Mişel ilə görüşəcək.

Nikol Paşinyan və Belçika baş naziri Aleksander de Kro arasında da görüş planlaşdırılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!