Paşinyanın İran və Gürcüstan səfərlərinin arxasında hansı plan var?   - Zəngəzur dəhlizinə alternativ

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın İran və Gürcüstan səfərlərinin arxasında hansı plan var? - Zəngəzur dəhlizinə alternativ

Siyasət

08 Sentyabr 2021 21:12 3306


Nikol Paşinyanın hökumətin iclasındakı çıxışında üç fikri diqqət çəkdi:

- Zəngəzur dəhlizinin açılmasına hazırdırlar;

- Türkiyə ilə əlaqələrin bərpası üçün daha geniş kontekstdə danışıqlar aparmaq istəyirlər; Sezar pizza

- Sərhədin demarkasiyası vacibdir: yəni Ermənistan buna da hazırdır;

Ermənistan baş nazirinin sözləri son proseslər fonunda da maraqlıdır: Paşinyan Türkiyədən müsbət siqnalların gəldiyini açıqlamışdı; sərhəddən ordunu geri çəkməyə, sərhədçiləri yerləşdirməyə hazırlaşdıqlarını bildirmişdi; sərhəd istiqamətində erməni təxribatları son dövrlər səngiyib;

Bütün bunlar Azərbaycanın istəklərinin icra edilməsi prosesində irəliləyişin olacağı gözləntisini artırır və istisna deyil ki, bunda Ankaranın İrəvana göndərdiyi “müsbət siqnallar”ın da rolu var.

Hərçənd, Paşinyanın İrana, ardınca Gürcüstana səfərinin arxasında Zəngəzur dəhlizinə alternativ marşrutun yaradılması cəhdi də var: daha çox Tehranın planı olan belə bir alternativin baş tutması olduqca çətindir, Nikol da bunu anlayır, lakin həm İranla münasibətləri qorumaq, həm də “alternativ”lərlə əlini gücləndirmək istəyir;

Asif Nərimanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!